İkibaşlı qız uşağı doğuldu
    • 29-09-2019, 14:55
    • 739

İkibaşlı qız uşağı doğuldu

Ötən gecə Ukraynada ikibaşlı siam əkizləri dünyaya gəlib. 
News24.az APA-ya istinadən xəbər verir ki, bir bədənində iki başı olan körpə barədə danışan doğum evinin baş həkimi Albert Kuritsın deyib ki, həkimlər ultramüayinə zamanı ana bətnindəki uşağın anormal olması barədə diaqnoz qoyublar. Lakin ilk doğuşunu keçirən ana hamiləliyi dayandırmaqdan imtina edib.
Anada sancıların vaxtından əvvəl, hamiləlliyin 33-cü həftəsində başladığı açıqlanıb.
Albert Kuritsın bu cür siyam əkizlərinin çox nadir hallarda doğulduğunu vurğulayıb: "Tibb sahəsində uzun müddət çalışsam da, belə bir patoloji halla rastlaşmamışam".
Uşağın vəziyyətinin normal olduğu bildirilir.