Strasburqda AŞPA-nın PAYIZ SESSİYASI BAŞLAYIR
    • 30-09-2019, 10:54
    • 1 027

Strasburqda AŞPA-nın PAYIZ SESSİYASI BAŞLAYIR

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır.

News24.az
xəbər verir ki, oktyabrın 4-dək davam edəcək sessiyada Avropa Şurasının 70 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək və Assambleyanın sabiq sədrləri iştirakı ilə keçiriləcək. 

Bundan əlavə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanda qadın seçki hüququnun 100 illiyi" ilə bağlı tədbir baş tutacaq.

Keçən həftə Verxovna Radada Ukraynanın AŞPA-dakı yeni bir nümayəndə heyəti təşkil edildi və dərhal rusların geri qayıtması ilə əlaqədar payız sessiyasında iştirak etməyəcəyi elan edildi.

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 1-də AŞPA-da çıxış edəcək, deputatların suallarını cavablandıracaq.

Sessiya zamanı Assambleyada şahidlərin qorunması, ombudsman təsisatları üçün ümumi standartlar və terror qurbanlarının müdafiəsi, habelə yəhudi mədəni irsinin qorunması mövzuları müzakirə ediləcək. Assambleya, həmçinin Şərqi Avropadakı iqlim qaçqınları və əmək miqrasiyası, mama və ginekoloji zorakılıqlar haqqında hesabatları müzakirə edəcək.

"Moskva Şəhər Şurasına seçkilər fonunda Rusiya Federasiyasında demokratik hüquq pozuntuları və dinc etiraz aksiyalarının dayandırılması" mövzusunda təcili müzakirələrin aparılması üçün müraciət edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçiriləcək payız sessiyasında Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri Rafael Hüseynov, millət vəkilləri Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənovun daxil olduğu Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik edir.

Nümayəndə heyətinin səfəri sentyabrın 29-da başlayayıb və oktyabrın 7-dək davam edəcək.

Məclis sessiyanın açılış günündə yekun gündəliyə qərar verəcək.