Ombudsman aparatı nümayəndələri HƏRBİ HİSSƏDƏ
    • 30-09-2019, 12:25
    • 1 188

Ombudsman aparatı nümayəndələri HƏRBİ HİSSƏDƏ

Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) təsdiq etdikləri birgə plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.