Putinlə, amma Trampsız - JAK ŞİRAKLA VİDA MƏRASİMİ - FOTOLAR - CANLI YAYIM
    • 30-09-2019, 13:27
    • 1 095

Putinlə, amma Trampsız - JAK ŞİRAKLA VİDA MƏRASİMİ - FOTOLAR - CANLI YAYIM

Bu gün Fransada ölkənin keçmiş prezidenti Jak Şirakla vida mərasimi keçirilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 87 yaşında dünyasını dəyişən sabiq prezidentlə vidalaşmaq üçün 30 ölkənin lideri Fransaya gəlib. 

Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi vida mərasiminə ABŞ lideri Donlad Tramp və ukraynalı həmkarı Vladimir Zelenski qatılmayacaq. 

J.Şirak Parisdə Monparnas qəbristanlığında dəfn olunacaq. 

Mərasimə Fransa prezidenti Emmanuel Makron başçılıq edəcək. Baş nazir Eduard Filip, Fransa Parlamentinin hər iki palatasının rəhbərləri, siyasi partiyaların liderləri və Fransanın keçmiş prezidentləri: Fransua Olland, Nikola Sarkozi və Valerie Giskard d'Estaing iştirak edəcəklər.

Həmçinin ABŞ-ın 42-ci prezidenti Bill Klinton, Almaniyanın keçmiş kansleri Gerhard Schroeder, İspaniyanın keçmiş baş naziri Jose Luis Rodriguez Zapatero və Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai mərasimə qatılanlar sırasında olacaqlar.

Qeyd edək ki, bu gün Fransada matəm elan olunub.