Saakaşvili vətəninə gedir:
    • 30-09-2019, 14:26
    • 1 147

Saakaşvili vətəninə gedir: "GÜRCÜSTANIN MƏHVİNİ DAYANDIRMALIYIQ"

"Yaxın aylarda Gürcüstana gedəcəyəm. Burada gizli bir şey yoxdur. Əlbəttə ki, Ukraynada özümü yaxşı hiss edirəm, ancaq vətənini itirəndə, bu haqda düşünmək mümkün deyil. Mən indi Odessadayam və küçədə məni qarşılayan hər ikinci şəxs meri olmağımı xahiş edir. Mən sorğularda liderəm. İnsanlar soruşur, təklif edirlər, amma bu başqa mövzudur"

News24.az xəbər verir ki, bu sözləri “Mtavari arxi” telekanalına Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

O, müsahibəsində "Biz Gürcüstanda gürcü dövlətçiliyini bərpa etməliyik, Gürcüstanın məhvini və dağılmasını dayandırmalıyıq. Əlbəttə ki, mən bu işdə iştirak edəcəyəm".