Plastik əməliyyat etdirməyən, gözəllik sirri olmayan 55 YAŞLI BELLUÇÇİ - FOTO
    • 30-09-2019, 15:20
    • 2 677

Plastik əməliyyat etdirməyən, gözəllik sirri olmayan 55 YAŞLI BELLUÇÇİ - FOTO

Bu gün "İkinci Sofi Loren" adlandırılan məşhur aktrisa Monika Belluççi 55 yaşını qeyd edir. 

News24.az xəbər verir ki, iki dəfə evli olan aktrisanın bədən ölçüsü 92sm, 62sm, 92sm-dir. Heç vaxt plastik əməliyyat etdirməyini bildirən M.Belluççi yoqa və üzgüçülüklə məşğul olur. 

İllər ərzində rol aldığı ekran işləri arasında izləməyi sevmədiyi "Geri dönməzlik" filmidir. Buna səbəb isə həmin filmdə 9 dəqiqəlik təcavüz səhnəsinin yer almasıdır.

Lakin, ona məşhurıuq gətirən "Malena" filmi haqda isə aktrisa başqa fikirdədir. Onun sözlərinə görə, məhz "Malena" onun bioqrafiyasının yarısından bəhs edir. 

Xüsusi gözəllik sirrlərinin olmadığını deyən Belluççi saçlarını həftə ərzində ən çox iki dəfə yuduöunu etiraf edib. O, iki dəfədən artıq saçın yuyulmasını fəlakət sayır. Aktrisa şampundan istifadə edərkən onu su ilə qatdığını və saç dərisinə zeytin yağı sürtduyunu bildirib. 

“Vanity Fair” jurnalı üçün çəkdirdiyi çılpaq fotosessiya, aktrisanın İtalyada süni mayalanmanın qadağan edilməsinə etirazı olub.

Rolum üçün arıqlamağım lazım olanda ət, balıq, tərəvəzləri kiçik hissələrlə, amma tez-tez yeyirəm. Buna görə də arıqlayıram. Ancaq bəzən mənə film üçün artıq çəki yığmaq lazım olur. Bu halda isə çox sevinirəm. Çünki, yeməyi sevirəm.