Tullantılar "məcburi göstəriş"dən sonra təmizləndi - ETSN
    • 30-09-2019, 16:45
    • 1 178

Tullantılar "məcburi göstəriş"dən sonra təmizləndi - ETSN

Ərazilər tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az -a verilən məlumata görə, Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığ təsdiqini tapıb.
Ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.