Tramp həyat yoldaşını təhdid etdi : "Məni BOŞAYARSA..."
    • 20-08-2018, 11:05
    • 1 591

Tramp həyat yoldaşını təhdid etdi : "Məni BOŞAYARSA..."

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampı təhdid edib.

Tramp Sloveniya əsilli həyat yoldaşına onu boşaması durumunda ABŞ vətəndaşlığından çıxaracağını deyib.
Bu barədə prezidentin sabiq köməkçilərindən Omarosa Nyuman danışıb. Ağ Evdə keçirdiyi günlərdən bəhs edən “Dəngəsiz” adlı kitab yazan Nyuman kitabında “Əgər Melaniya Donaldın vəzifədə olduğu müddətdə onu utandıracaq hərəkət edərsə və boşayarsa, Tramp onu cəzalandırmağın bir yolunu tapar” sözlərini yazıb.

Müəllif üstün zəkalı insanlara verilən “Eynşteyn” vizası ilə (EB-1) 1996-cı ildə ABŞ-da yaşamaq hüququ əldə edən Melaniyanın həyat yoldaşının dəstəyi ilə bu vizanı aldığını iddia edib. Nyuman bildirir ki, Tramp həyat yoldaşını ABŞ vətəndaşlığından çıxrmaq üçün vizanı alarkən qanunları pozduğunu belə etiraf edə bilər. Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın prezident seçkilərində əli olduğunu etiraf edən insan viza qalmqalında da eyni istiqamətdə hərəkət edə bilər.

//Publika