Bu prospektin hərəkət təşkilində DƏYİŞİKLİK EDİLDİ -FOTO
    • 1-10-2019, 11:06
    • 511

Bu prospektin hərəkət təşkilində DƏYİŞİKLİK EDİLDİ -FOTO

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.


Dəyişikliyin üstün cəhətləri:

Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;

Piyada təhlükəsizliyi təmin edilir;

Sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;

Nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.