Ruhaninin qardaşına 5 İLLİK HƏBS
    • 1-10-2019, 18:35
    • 675

Ruhaninin qardaşına 5 İLLİK HƏBS

İran prezidenti Həsən Ruhaninin ötən ilin may ayında korrpusiyaya görə 7 illik həbsi istənilən qardaşı Hüseyin Firudinin cəzası 5 ilə endirilərək təqsdiqlənib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət H.Ruhaninin məsləhətçisi vəzifəsini icra edən H.Feridunun 1989-1997-ci illərdə İranın Kuala Lumpurdakı səfiri vəzifəsində çalışıb.

Hüseyin Firudin, prezident Ruhaniyə qarşı müxalif qruplar tərəfindən "korrupsiya, rüşvətxorluq və ədalətsiz olaraq bankın baş meneceri təyin edilməsi" ilə ittiham olunub.

Bu ittihamlar tez-tez Həsən Ruhaninin rəqibləri tərəfindən gündəmə gətirilib. Bu hal xüsusən də 2017-ci ildə prezident seçkilərindən əvvəl baş verib.

Qeyd edək ki, Firudin 2017-ci ilin iyulunda korrupsiya istintaqı çərçivəsində həbs olunub, lakin qısa müddətdə girov müqabilində sərbəst buraxılıb.