Ukraynada toyda kütləvi zəhərlənmə baş verib
    • 1-10-2019, 21:43
    • 815

Ukraynada toyda kütləvi zəhərlənmə baş verib

Ukraynanın Çernovtsı vilayətində qidadan kütləvi zəhərlənmə qeydə alınıb. 

News24.az yerli mətbuata istinadla xəbər verir ki, 60-a yaxın insan restoranda toy zamanı zəhərlənib. Onlardan 10-u uşaqdır. Zəhərlənənlər xəstəxanaya yerləşdirilib, həkim nəzarətində saxlanılır.
Faktla bağlı cinayət işi açılıb, vətəndaşların hansı qidadan zəhərlənməsi araşdırılır.