İran məhkəməsi cəsusla bağlı EDAM QƏRARI VERDİ
    • 2-10-2019, 09:52
    • 882

İran məhkəməsi cəsusla bağlı EDAM QƏRARI VERDİ

İranda məhkəmə Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etməkdə günahlandırılan şəxs barəsində edam hökmü çıxarıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün daha iki nəfər eyni ittihamla 10 il həbs cəzasına məhkum edilib. Dördüncü şəxs isə Britaniyaya casusluq üçün 10 il həbs cəzası alıb.

Məhkəmə sözçüsü Qulanhüseyn İsmayılın sözlərinə görə, edama məhkum edilmiş şəxs, hökmün yenidən baxılması üçün vəsatət qaldırıb və son qərar İran apelyasiya məhkəməsi tərəfindən veriləcək.

Tehran ölümə məhkum edilmiş potensial casusun şəxsiyyətini açıqlamaqdan imtina edib. Eyni zamanda, Q.İsmayıl, Amerika kəşfiyyatında işləməkdə günahlandırılan digər iki şəxsin kimliyini açıqlayıb. Bunlar İran vətəndaşları Əli Nafrih və Məhəmməd Əli Babapurundur. Məhkəmənin qərarı ilə hər ikisinin Mərkəzi Kəşfiyyat İdarəsindən aldıqları iddia edilən 55.000 dolları ödəməlidirlər.