Trampın miqrantlarla bağlı şok planları - AYAQLARINA ATƏŞ AÇIB, TİMSAHLARA YEM ETMƏK
    • 2-10-2019, 10:38
    • 700

Trampın miqrantlarla bağlı şok planları - AYAQLARINA ATƏŞ AÇIB, TİMSAHLARA YEM ETMƏK

ABŞ Prezidenti Donald Trump mart ayında köməkçiləri ilə görüşdə Meksikadan sərhədi qanunsuz keçməyə çalışan miqrantların ayağına atəş açmağı təklif edib.

News24.az “New York Times”-a istinadən xəbər verir ki, D.Tramp Dəyirmi Otaqdakı görüşlərdən birində bu barədə fikir irəli sürüb.

Dövlət katibi Maykl Pompeo, eləcə də məsləhətçiləri Stiven Miller və Jared Kushner də daxil olmaqla iştirak edənlər prezidentin bu təşəbbüsünü qanuna zidd olduğunu bildiriblər.

Mənbələr qeyd edib ki, Trumpın miqrantlara qarşı daha qeyri-adi tədbirlər görmək istəyi bununla da bitməyib.

O, sərhəddə xəndək qazmağı və oranı timsahlarla doldurmağı təklif edib. Donald Tramp hətta o layihənin təxmini dəyəri ilə maraqlanıb.

Bundan əlavə, ABŞ prezidenti Meksika ilə sərhəddəki tikilməkdə olan divarı cərəyana qoşmaq və onu tikanlı məftillərlə təchiz etməyi də irəli sürüb.