Yuğ teatrında
    • 2-10-2019, 15:11
    • 485

Yuğ teatrında "VƏSVƏSƏ"

Oktyabrın 6-da “YUĞ” Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

News24.az xəbər verir ki, tanınmış Norveç yazıçısı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.