"Samsung" sonuncu FABRİKİNİ BAĞLAYIR
    • 2-10-2019, 17:21
    • 850

"Samsung" sonuncu FABRİKİNİ BAĞLAYIR

"Samsung" Çində yerləşən sonuncu fakrikini bağlayır.

News24.az "iXBT"-yə istinadən xəbər verir ki, fabrik bu ayın sonuna qədər bağlanacaq.

Bağlanmanın əsas səbəblərindən biri şirkətin Çində satışa çıxardığı smartfonların satış səviyyəsinin son dərəcə aşağı olmasıdır. "Samsung" bu bazarın 1% -dən az hissəsini təşkil edir.

Bununla birlikdə şirkət digər ölkələrdə, Hindistan və Vyetnamda smartfon istehsalını davam etdirəcək.