Afaq Bəşirqızından ciddi iddia: “ “Space” kanalı adımdan istifadə edir”
    • 20-08-2018, 14:11
    • 1 305

Afaq Bəşirqızından ciddi iddia: “ “Space” kanalı adımdan istifadə edir”

Xalq artisti Afaq Bəşirqızı “Space” telekanalından şikayətçidir.

Belə ki, “Şöhrət” ordenli aktrisa telekanalın “Qanq sənin suaların içməlidir” adlı serialına çəkilməkdən imtina etsə də anonslarda hələ də görüntülərindən istifadə olunduğunu deyib:

“Bir ilə yaxındır ki, “Space” telekanalı ilə “Qanq sənin suaların içməlidir” adlı müştərək işimiz var idi. Onlar mənə bu təklifi etmişdilər. Əvvəlcə serialın ssenarisinin komediya olmasını istəyirdilər. Sonra isə serialı ciddi formada təqdim etmək qərarına gəldilər. Ssenarinin zəif olması məni qane etmirdi. Elə ilk gündən bu məsələyə tərəddüdlə yanaşırdım. Nəhayət ki, elə bir problem yarandı ki, mən onlarla müqavilə bağlamadım. Amma münasibət xətrinə reklama çəkilmişdim artıq.

Baxmayaraq ki, müqavilə bağlamamışam, yerimə başqa aktrisa çəkiblər, bu günə qədər mənim rol aldığım reklamı hələ də yayımlayırlar”.

Xalq artisti bildirir ki, kanal eyni zamanda layihəyə sponsorluq edən şəxsləri onun adından istifadə edərək aldadırlar: “Bildirmək istəyirəm ki, bu işi hüquqi yolla həll edəcəyəm. Sözügedən serialda çəkilməyə razılıq verməmişəm. Bizim iş münasibətimiz alınmayıb. Mən dəfələrlə onlara reklamın yayımdan çıxarılması ilə bağlı xəbərdarlıq etmişəm. İnsanları, sponsorları aldatmamağı bildirmişəm. Yığışdırsınar reklamı. Artıq telefonlarıma cavab vermirlər. Bu nə dərəcə mədəniyyətə, münasibətə sığan bir şeydir bilmirəm. Əgər onlar bunu zarafat bilirlərsə, mən zarafatı sevmirəm. Bunun cavabı mən tərəfdən ağır olacaq”.

Türkan Məmmədli