Təhsil Nazirliyi “Bakı Metropoliteni” ilə əməkdaşlığı genişləndirmək istəyir
    • 3-10-2019, 12:18
    • 505

Təhsil Nazirliyi “Bakı Metropoliteni” ilə əməkdaşlığı genişləndirmək istəyir

“İndiyə qədər “Bakı Metropoliteni” QSC üçün ən çox kadrı Azərbaycan Memarlıq və İnşaat Universiteti hazırlayıb”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

“Bu vaxta qədər həmin universitet metro üçün 2 mindən artıq ixtisadlı kadr hazırlayıb. Nazirlik peşə təhsilinə xüsusi diqqət göstərir. “Bakı Metropoliteni” ilə əməkdaşlığın inkişafında maraqlıyıq və ixtisaslaşma üçün qurumla əməkdaşlıq etmək, onların mütəxəssislərindən yararlanmaq istəyirik”, - deyə nazir qeyd edib.