Bu da oldu - MƏRHUM SİYASƏTÇİNİN KÜLÜ OĞURLANDI - FOTO
    • 4-10-2019, 11:23
    • 630

Bu da oldu - MƏRHUM SİYASƏTÇİNİN KÜLÜ OĞURLANDI - FOTO

Hindistanın Böyük Britaniyadan ayrılaraq müstəqillik əldə etməsi uğrunda hərəkatın ideoloqlarından olan Mahatma Qandinin külləri Hindistanın Madhya Pradeş əyalətindəki abidədən oğurlanıb.

News24.az “İndia Today”a istinadən xəbər verir ki, hadisə siyasətçinin 150 illik yubileyinin qeyd olunduğu gün bilinib.  

Həmçinin naməlum şəxslər "millətin atası" sayılan Qandinin şəklinin üzərinə  "xain" sözünü yazıblar.

Siyasətçini anmaq üçün anım mərasiminə gələn deputat Qurmit Sinq hadisə barədə açıqlama verib: "Görünür, Qandinin qatili Nathuram Qodzenin sevənlərin işidir. Bu cür nifrət dərhal dayandırılmalı və polis cinayətkarları müəyyən etmək və tutmaq üçün tez bir şəkildə hərəkət etməlidir ".

Hazır polis oğurluq hadisəsi ilə bağlı araşdırma aparır.