Pedofillərin axtalanması qanunu LƏĞV EDİLDİ
    • 4-10-2019, 12:26
    • 755

Pedofillərin axtalanması qanunu LƏĞV EDİLDİ

Pedofillərin axtalanması haqda qanun ləğv edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 238 deputatın əleyhinə səs verdiyi qanun Yüksək Rada tərərfindən geri götürülüb. 

Qeyd edək ki, Yüksək Radanın əvvəlki çağırışına təqdim edilən qanun, iyulun ortalarında bütövlükdə qəbul edilib. Lakin, sentyabr ayında Ukrayna prezidenti Valdimir Zelenski qanna veto qoyub və iradları ilə birgə parlamentə göndərib. 

Dövlət başçısı sənəddə axtalanmaq üçün prosedurun dəqiq sıralaması yazılmadığını və bunun cinayətkarların hüquqlarının, xüsusən də yaşamaq hüquqlarının pozulmasına səbəb ola biləcəyini deyib.

Prezident, həmçinin qeyd edib ki, pedofillərin reyestrinin yaradılması haqqında qanun layihəsi “Fərdi məlumatların qorunması haqqında” qanunun müddəalarına ziddir.