"Qarabağ" belə qarşılandı - VİDEO - YENİLƏNİB
    • 4-10-2019, 19:53
    • 729

"Qarabağ" belə qarşılandı - VİDEO - YENİLƏNİB

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov hava limanında mətbuat işçilərinin suallarını cavablandırıb.
News24.az xəbər verir ki, Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib: “İdmanda belə şeylərin olmasının tərəfdarı deyiləm. Hər bir təxribata hazır olmalıyıq. Ola bilər ki, bu kimi hallar bizə mənfi təsir eləsin. Düşünürəm ki, bunun da gələcəkdə faydası olacaq. Özümüzü daha da soyuqqanlı aparmalıyıq. Dünən
oyun dayandırıldıqda da çalışdıq ki, təmkin nümayiş etdirək, intizamımızı göstərək. Bəli, uşaqlar bir az pis olmuşdular, hirslənmişdirlər. Onları oyuna kökləmək də çətin idi. Amma hər bir halda, futbolçularıma təşəkkür edirəm ki, məni eşitdilər. Mənə diqqətlə qulaq asdılar və buraya gözəl bir qalibiyyətlə döndük".