Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdi
    • 4-10-2019, 21:41
    • 1 135

Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib.
News24.az xəbər verir ki, Birinci vitse-prezidentin sosial şəbəkədə yazdığı təbrikdə deyilir: 
"Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!"