"Uşaqların xəyalında sülh, müharibələrə son" - FOTOLAR
    • 5-10-2019, 14:53
    • 1 124

"Uşaqların xəyalında sülh, müharibələrə son" - FOTOLAR

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə "Uşaqların xəyalında sülh, müharibələrə son" adlı sərgi-tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə mədəniyyət mərkəzinin sədri Əsgər Farsi, Xalq rəssamı, professor, ARİ-nın Qrafika şöbəsinin rəhbəri Arif Hüseynov, ARİ-nin üzvləri, sərgi-tədbirin layihə rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar iştirak edib.

Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar müharibələrin uşaqların gələcəyini məhv etdiyini vurğulayıb, onlar üçün sülhə çağırış ediblər.

Daha sonra isə tədbirdə iştirak edən rəssamlar və müəllimləri diplomla mükafatlandırılıblar. 

Sərgi-tədbir rəsmlərin nümayişi ilə davam edib.