ABŞ əskərləri bölgədən çıxır - ƏRDOĞAN AÇIQLADI - VİDEO
    • 7-10-2019, 14:53
    • 652

ABŞ əskərləri bölgədən çıxır - ƏRDOĞAN AÇIQLADI - VİDEO

Türkiyə prezidenti Rəcəb Yattib Ərdoğan, Fıratın şərqində ediləcək əməliyyatdan əvvəl ABŞ qoşunlarının bölgədən çəkilməyə başladığını bildirib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, R.T.Ərdoğan Serbiyaya səfərindən öncə  mətbuat konfransında çıxış edərək bunları deyib:
"Görüşümüzdən sonra, prezidentin dediyi kimi, çəkilmə prosesi başlayıb. Burada həmsöhbətlər qarşılıqlı işləyir. Bu yeni bir şey deyil, keçmişlə əlaqəli bir şeydir. Cənab Tramp çəkilməyi əmr etdi. Dünən axşam keçirilən görüşdən sonra bu danışıqlar eyni qətiyyətlə davam edəcək. Qərarımız var. Bir gecə anidən gələ biləcəyimizi demişik. Qətiyyətli qalırıq. Terror təşkilatlarının təhdidlərini qəbul edə bilmərik".