Dünya yeni fəlakətlə qarşılaşa bilər. 

News24.az "Science Alert"-ə istinadən xəbər verir ki, beynəlxalq ekspertlər qrupu yaxın gələcəkdə bəşəriyyətin kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri olan fosfor qıtlığı ilə üzləşə biləcəyini bildiriblər. Aclığa gətirib çıxara biləcək çatışmazlığın səbəbi, okeanlara yuyulan mineral gübrələrin səmərəsiz istifadəsidir.

Nəşrin bildirdiyinə görə, son 50 ildə istifadə olunan fosfor gübrələrinin sayı 50 dəfə artıb və 2050-ci ilə qədər onlara tələbatın iki dəfə artacağı gözlənilir. Elementi qorumaq üçün heç bir iş görülməzsə, onun ehtiyatları tezliklə tükənə bilər. Bəzi nəzəri modellər hazırkı istehlak səviyyəsində mövcud fosforun 80 ildən sonra yox olacağını, məhsul problemlərinə səbəb olacağını proqnozlaşdırıb. Hesablamalara görə, bu, ən yaxşı halda 400 ildən sonra və ən pessimist proqnozlara görə isə 40 il ərzində baş verəcək.

Alimlərin fikrincə, böhranın qarşısını almaq üçün əsas şərt fosforun istifadəsinin azalması, həmçinin təkrar istifadə yollarının inkişaf etdirilməsidir. Qapalı təkrar dövriyyə sisteminin yaradılması, fosfatlardan gübrə, yanacaq və ya qida olaraq 46 dəfə istifadə edilməsinə imkan verəcək. 

Teglər: Fosfor Araşdırma Beynəlxalq Alim
Kotanli