Süpürgəçiləri əvəzləyəcək 10-a yaxın texnika Bakıya gətirildi
    • 21-08-2018, 10:40
    • 742

Süpürgəçiləri əvəzləyəcək 10-a yaxın texnika Bakıya gətirildi

Xəbər verildiyi kimi paytaxt Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazirlanıb.

Tədbirlərin həyata keçirilməsi ilə əsas magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.

İstənilən halda iş prossesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.

Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.

//Qafqazinfo.az