Türkiyə iqtisadiyyatını məhv etmək istəyən Tramp CAVABINI ALDI
    • 8-10-2019, 14:47
    • 569

Türkiyə iqtisadiyyatını məhv etmək istəyən Tramp CAVABINI ALDI

ABŞ prezidenti Donald Trampın “Twitter” hesabında “Türkiyənin iqtisadiyyatını məhv edərik” fikrinə Türkiyənin vitse-prezidneti Fuad Aktay cavab verib.

News24.az xəbər verir ki, F.Oktay Türkiyənin təsir altında hərəkət edən ölkə olmadığını bildirib: "Beynəlxalq birliyə göndərdiyimiz mesaj aydındır: Türkiyə təhdidlərin təsiri altında hərəkət edən  ölkə deyil. Biz öz yolumuzu təyin edəcəyik və uyğun olduqda bağımızı özümüz kəsəcəyik. Nəyin bahasına olursa olsun, sərhədlərimiz yaxınlığında terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Sərhədlərimizin əmin-amanlığını və suriyalı qardaşlarımızın gələcəyini, Suriyanın ərazi bütövlüyü və siyasi birliyini təmin etmək üçün mövqeyimiz dəyişməz qalacaq".