"İnformasiya müharibəsində hər zaman hücumda olmaq lazımdır" - İNTİQAM BABAYEV
    • 9-10-2019, 11:39
    • 579

"İnformasiya müharibəsində hər zaman hücumda olmaq lazımdır" - İNTİQAM BABAYEV

"Onlayn rejimdə olacaq bu platforma gənclərimizin, vətəndaşlarımızın məlumatlandırılması, eyni zamanda beynəlxalq miqyasda təbliği baxımından  çox lazım məqamdır".

News24.azxəbər verir ki, bu sözləri "Azərbaycan Ermənistanı" adlı layihə ilə bağlı  jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini  İntiqam Babayev deyib: "Düşünürəm ki, XXI əsrdə informasiya müharibəsində hər zaman hücuma hazır olmaq lazımdır. Ona görə də dünya ictimaiyyətini məlumatlandırmalıyıq. "Azərbaycan Ermənistanı" layihəsi lazımlı və zəruri layihədir".