Türkiyənin başlatdığı "Barış Pınarı Hərəkatının" ilk şəhidi 9 AYLIQ KÖRPƏ OLDU
    • 10-10-2019, 18:23
    • 820

Türkiyənin başlatdığı "Barış Pınarı Hərəkatının" ilk şəhidi 9 AYLIQ KÖRPƏ OLDU

Suriyadakı terror təşkilatlarının ələ keçirdikləri ərazilərdən atdıqları top mərmiləri Şanlıurfa və Akçakale və Ceylanpınar bölgəsinə düşüb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şanlıurfa bələdiyyəsindən edilən açıqlamada  biri uşaq olmaqla 2 nəfərin öldüyü, 46 nəfərin isə yaralandığı bildirilib: "09.10.2019 tarixində “Barış Pınarı Hərəkatı”nın ilk şəhidi suriyalı 9 aylıq körpə Məhəmməd Ömər və Akçakale bölgəmizdə vəzifə yerinə yetirən Akçakaledəki Vergi Dairəsinin maliyyə işçisi Cihan Güneş olub. Şəhidlərimizə Allahdan rəhmət, yaralı vətəndaşlarımız üçün təcili şəfa diləyirik”.