-
- 11-10-2019, 00:04
- 1 069
İştahasızlıq yaradan maddə kəşf edilib
Britaniya alimləri iştahanı zəiflədən maddə aşkar ediblər. Bu maddəni insan orqanizmində tapmaq olar. Söhbət gemopressin adlanan kimyəvi birləşmədən gedir.
News24.az xəbər verir ki, bu maddə beyinin həzz mərkəzlərinə təsir göstərir. Həzz mərkəzləri ləzzətli qida qəbul edərkən, yaxud siqaret çəkərkən fəallaşır. Testlər göstərib ki, gemopressin beynin bu hissələrini təcrid edir.
İdeya belədir: ləzzət almaq üçün deyil, ac qalmamaq üçün yemək lazımdır. Bu yanaşmadan alkoqolizmin və narkotik asılılığın müalicəsində də istifadə oluna bilər.
Hələ 6 il əvvəl “Rimonabant” adlı sintetik maddə yaradılmışdı. O da beyinə təsir edərək iştahanı zəiflədirdi. Lakin sonradan məlum olub ki, “Rimonabant” heç də zərərsiz deyildir. O, depressiya və intihara meyl yaradır.
Hazırda yeni maddənin əks təsirlərini öyrənmək üçün tədqiqatlar davam etdirilir.