Mesaj aludəçiliyi insanı depressiyaya salır
    • 11-10-2019, 00:53
    • 696

Mesaj aludəçiliyi insanı depressiyaya salır

SMS-məlumatlara həddən ziyadə aludə olmaq alkoqolizm və narkomanlığa bənzər bəlaya çevrilir. 
News24.az xəbər verir ki,alimlər həyəcan təbili çalıb bildirirlər ki, bu bəlaya daha çox gənc nəslin nümayəndələri düçar olur. Çünki mobil rabitənin təqdim etdiyi bu xidmət asılılıq yaradan çox ziyanlı vərdişdir.
SMS yazan şəxs böyük səbirsizliklə cavab gözləyir ki, bu da onu depressiyaya salır, əsas məşğuliyyətindən ayırır, narazılıq hissi doğurur. Bütün bunlar gənc insanın hələ zərif psixikası üçün olduqca zərərlidir və intihara gətirib çıxara bilər.
Həqiqətən də SMS yazmağa aludə olmaq bəzən ağılsızlıq dərəcəsinə çatır. Cavan bir oğlan etiraf edib ki, bir gün ərzində 444 SMS göndərib və sən demə, bu, son hədd deyildir.