"Dövlət Statistika Komitəsi nəyə lazımdır?" - FAİQ AĞAYEV HİRSLƏNDİ - FOTO
    • 11-10-2019, 18:04
    • 1 744

"Dövlət Statistika Komitəsi nəyə lazımdır?" - FAİQ AĞAYEV HİRSLƏNDİ - FOTO

Oktyabrın 1-dən başlanan əhalinin siyahıyaalınması prosesi dünən başa çatıb.

Proses başa çatsa da, siyahıya alınmayanlarının sayı çoxluq təşkil edir. Onların sırasında sıravi vətəndaşlarla yanaşı, tanınmış silmalar da var. Xalq artisti Faiq Ağayev məsələylə bağlı narazılığını sosial şəbəkədə yazıb: "Dövlət Statistika Komitəsi gizli siyahıyla qeydə alır camaatı? Vergi ödəyirəm, amma əhaliyə aid deyiləm? Bu nə başdansovduluqdur?"

Problemlə əlaqədar Xalq artisti News24.az-a açıqlama verib: "Yəqin köhnə siyahı ilə çalışıb, dövlətdən buna görə pul alırlar. "Facebook"da nə qədər dostluğumda olan insanlar var, onları siyahıya salmayıblar. Bunlar hansı prinsiplə işləyirlər? Necə olur ki, mən Azərbaycan Respublikasının Xalq artistiyəm, vergi ödəyiçisiyəm, seçiciyəm, amma qeydə alınmıram? Bu nə formal işdir?! Kim çalışır orada?! Necə sayırlar?! Havada uçan quşları sayırlar? Bu, ümumi problemdir. Bunlar sabah, birisi gün siyahını verəcəklər hökümətə, o da olacaq yalnış. Hökümət büdcəsini səhv statistika ilə ölçəcək. Gör, bunlar dövlətə nə boyda zərbə vururlar. Formallıqla məşğuldurlar. Sabah gəlib deyəcəklər ki, niyə vaxtında demədin. Özümüz deyiriksə, Dövlət Statistika Komitəsi nəyə lazımdır? Hər dəfə biz onların qapısını döyməliyik? Yoxsa biz o 2, 3% xətanın içinə daxilik? Nəticədə icra strukturlarına yalnış məlumatlar gedəcək".

Sevda Bayramova