Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZ
    • 11-10-2019, 21:29
    • 1 214

Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZ

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib.
News24.az xəbər verir ki, Zirəddin ölkəmizin siyasi, mədəni və idman aləmini əhatə edən sualları cavablandırıb:
"Çoxdandır Azərbaycan mətbuatında, efirlərdə görünmürdüm. 

- Son 3-4 il ərzində Azərbaycan futbolunda uğurlar görmürəm, təəssüf ki! 4 ildən sonra ola bilsin ki, Avropa Çempionatının finalına çıxa bilərik. 
-Mən dəfələrlə Avroviziya haqqında proqnoz vermişəm, proqnoz səhv çıxıb. Bilirsiniz niyə səhv çıxıb? - Bu siyasətdir! Əgər bir ölkə son 5 ildə ən azından iki dəfə Avroviziyada birinci yerə çıxırsa, bu, dövlətə böyük maddi zərərdir. Ona görə bu da məntiqidir. Pul ilə alınır, pul ilə satılır. Bu siyasətdir! 
Əgər bir ölkə son 5 ildə ən azından iki dəfə Avroviziyada birinci yerə çıxırsa, bu, dövlətə böyük maddi zərərdir. Ona görə bu da məntiqidir. Pul ilə alınır, pul ilə satılır. Bunu açıq deyirəm mən! Heç bir dövlət istəməz ki, 5 ildə iki dəfə böyük bir yarışın qalibi olsun və maddi zərər görsün. Həm də bu, xalqın, camaatın narazılığına səbəb ola bilər. Azərbaycandan söhbət getmir, mən başqa ölkələri də nəzərdə tuturam. Ukraynada oldu, Ukraynanın özü belə istəməz ki, 2-3 il ardıcıl birinci yerə çıxsın. Balaca olub, böyük ruha sahib dövlətimiz var, vətənimiz var. Azərbaycan bir dəfə birinci yerə çıxıbsa, bu, artıq bizim qələbəmiz deməkdir. Avroviziyada bir dəfə bayrağımızı ucaltdıq, mənə elə gəlir, bu bizə kifayətdir. 
-Kütləvi İnformasiya Vasitələrinin verə bilmədiyi informasiyanı, dövlətin əleyhinə sosial "set"lərdə yayılır, paylaşılır. Bu, Amerikada, Rusiyada - hər yerdə belədir. Ona görə də, bunu yaradan gizli qurumlar... (red: Çoxları bilir mən nələri və kimləri nəzərdə tuturam), məhz elə bunun üçün yaradıblar - Xalqı idarə etmək üçün. Yox, bu axıra qədər də belə gedəcəkdir. Bunun bir sonluğu yoxdur. Biz daha qorxulu tərəfə gedirik!
/Milli.az/