Kiyevdə azərbaycanlılardan ibarət dəstə tutuldu -FOTO
    • 11-10-2019, 21:46
    • 554

Kiyevdə azərbaycanlılardan ibarət dəstə tutuldu -FOTO

Kiyevdə altı Azərbaycan vətəndaşından ibarət dəstənin üzvləri saxlanılıb. 
News24.az xəbər verir ki, onlar Kiyev vilayətinin Kaqarlits rayonunda evlərdən birinə basqın etməkdə ittiham edilir.
Bununla bağlı Ukrayna Milli Polisinin Cinayət Təhqiqatı İdarəsindən məlumat verilib. 
Bildirib ki, oktyabrın 11-i gecə saatlarında onlar 48 yaşlı rayon sakininin evinə girərək, onu döyüb, daha sonra isə oğlunun əl qolunu bağlayıb və pul tələb edib. Dəstə üzvlər evdən 37 min dollar (təxminən 63 min AZN – red.) və 40 min qriven (təxminən 2800 AZN – red.) pul götürüb. 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində "Kremenets-Rjişev” magistralında "Opel-Astra” markalı avtomobil saxlanılıb. 

Axtarışlar nəticəsində evdən götürülmüş vəsait avtomobildən aşkarlanıb. 

Məlum olub ki, dəstəyə 35 yaşlı Azərbaycan vətəndaşı başçılıq edib. 
Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxsləri 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.