Nazir məktəb direktoruna şiddətli töhmət verdi
    • 12-10-2019, 01:35
    • 1 051

Nazir məktəb direktoruna şiddətli töhmət verdi

Təhsil naziri Ceyhun Bayramov məktəb direktoruna şiddətli töhmət verib.

News24.az xəbər verir ki, oktyabrın 11-də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin iki müəllimi bu təhsil müəssisəsində baş verən qanunsuzluqlarla əlaqədar müraciət edib.

Müəllimlər Təhsil Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilib və onlara həmin məktəblə bağlı qəbul edilən qərar barədə məlumat verilib.

Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olan şikayət hələ sentyabr ayında araşdırılıb və məktəbdə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin yuxarı sinfində şagirdlərin dərsə davamiyyətinə lazımi səviyyədə nəzarətin təmin edilməməsi aşkar edilib.