Bakıda mobil telefon biabırçılığı - Səhərə qədər növbə gözləyirlər
    • 21-08-2018, 17:56
    • 1 102

Bakıda mobil telefon biabırçılığı - Səhərə qədər növbə gözləyirlər

Dubaydan internetlə mobil telefon sifariş verən soydaşlarımız Azərbaycanda bu cihazları götürərkən sözün həqiqi mənasında minbir əzab-əziyyət çəkirlər. 

Bu barədə çətinliklə üzləşən, gecə saat 12-dən səhərədək növbə gözləyən vətəndaşlardan biri məlumat verib. 

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) internetlə Dubaydan sifariş verib gətirilən telefonları götürərkən növbəyə əməl olunmaması, mobil telefon biznesi ilə məşğul olanların rüsum ödəməmək üçün dost-tanışlarını növbəyə salması biabırçı vəziyyət yaradıb. 

"Açığı, mən vəziyyətin belə olduğunu bilmirdim, bilsəydim belədir, müraciət etməzdim. Bildiyiniz kimi, qiyməti 1000 dollaradək olan elektronik əşyalar gömrükdən keçirilərkən 36 faiz gömrük rüsumu tutulur. Mobil telefon ticarəti ilə məşğul olanlar bu pulu verməmək üçün əmioğlu, xalaoğlu, bibioğlu, dayıoğlu, qohum-qonşunu yığırlar ora və hərəsinin adına qiyməti 1000 dollaradək olan mobil telefonları rəsmiləşdirirlər. 

Növ­bə­ni ya­ra­dan sə­bəblərdən biri budur. İkinci səbəb Dubaydan gətirilən mobil telefonların qeydiyyat məntəqələrinin sayının az olmasıdır. Cəmi 1 yerdir, 2-3 işçi ilə orada nə qədər sürətli iş görmək olar? 

//yeniavaz.com