Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğradı
    • 13-10-2019, 13:42
    • 879

Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğradı

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.