Bakıda 15 yaşlı qız kafedən itkin düşdü

Bakıda 15 yaşlı qız kafedən itkin düşdü Hadisə
Bakıda azyaşlı qız itkin düşüb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.
15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.