Azərbaycan 4 günlük iş rejiminə keçir? - NAZİRDƏN AÇIQLAMA
    • 14-10-2019, 12:09
    • 2 546

Azərbaycan 4 günlük iş rejiminə keçir? - NAZİRDƏN AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü ilə bağlı danışıb.

News24.az
xəbər verir ki, nazir sözügedən rejimin Azərbaycanda tətbiqinin əmək haqlarına ciddi təsir edə biləcəyini vurğulayıb: "4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə əsas saatbaşı götürülür . Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər". S.Babayevin sözlərinə görə, gələcəkdə istənilən məsələ kimi 4 günlük iş rejimi də müzakirə oluna bilər.