-
- 14-10-2019, 15:49
- 766
Fransa Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandırmaq niyyətindədir
Fransa Suriyanın şimal-şərq bölgələrində Türkiyənin həyata keçirdiyi əməliyyatları dayandırmaq üçün daha çox səy göstərməyə hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə "France Presse" agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən xəbər verib. Açıqlama Prezident Emmanuel Makronun sədrliyi ilə Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasından sonra edilib.
Fransanın NATO və BMT Təhlükəsizlik Şurası daxilindəki İslam Dövləti terror qruplaşmasına qarşı koalisiyadakı tərəfdaşlarla birlikdə diplomatik səyləri artıraraq, Türkiyənin Suriyadakı hərbi əməliyyatını dərhal dayandırması qeyd edilib:
"Ərazidə olan Fransız hərbçiləri və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüləcək. Fransa Türkiyə hücumunu ən qətiyyətli şəkildə qınayır".
Görüş zamanı Makron, Türkiyə əməliyyatının "faciəvi humanitar nəticələrə" səbəb ola biləcəyini və terrorçuların təsirinin bərpa oluna biləcəyini qeyd edib.