Azərbaycanlı dünya çempionunun toyudur
    • 22-08-2018, 19:05
    • 1 562

Azərbaycanlı dünya çempionunun toyudur

Bu gün Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi, dünya və Avropa çempionu Anar Süleymanovun toyudur.

Məclis hazırda Cavid Gülün aparıcılığı ilə paytaxt məkanlarından birində keçirilir. Toya şou-biznesin tanınmış simaları dəvət olunub. İdmançının xoş gününə qatılanlar sırasında əməkdar artistlər Babək Niftəliyev, Ədalət Şükürov, müğənni Manaf Ağayev Valeh İsrafilov, məşqçi Kamil Zeynallı, aparıcı Zaur Nəbioğlu, prodüser Anar Mədətov və başqaları var.

Toy "Qarabağ şikəstəsi" ilə start götürüb.

Teymur Məmmədov