"Özünəqsd edənlərin 80 faizi ətrafdakılara işarə verirlər" - Baş psixiatr
    • 15-10-2019, 13:33
    • 571

"Özünəqsd edənlərin 80 faizi ətrafdakılara işarə verirlər" - Baş psixiatr

"Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır''. 

News24.az xəbər verir ki, Respublikanın baş psixiatrı Teymur Qafarov bildirib. O qeyd edib ki, bununla belə maarifləndirmə işləri aparılmalıdır: "Amma bu o demək deyil ki, bu bizim üçün önəmli problem deyil. Qarşısının alınması üçün tədbirlər görülməlidir. Bunlar silsilə tədbirlərdir. İlk növbədə səhiyyə işçilərinin və psixoloqların öhdəsinə düşən vəzifədir. Çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən vəzifələri var. Qəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verirlər. Onlara sayqılı yanaşsaq, qəsdlərin sayını xeyli dərəcədə almaq olar''. 

Afaq Mirayiq