-
- 15-10-2019, 14:26
- 688
Çin Türkiyədən Suriyadakı hərbi əməliyyatları DAYANDIRMAĞI TƏLƏB ETDİ
“Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırmalı və Yaxın Şərq bölgəsində terrorizmlə mübarizə üçün gücünü dünya birliyi ilə birləşdirməlidir”.
News24.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuanq bildirib.
"Çin beynəlxalq məsələlərin güc tətbiq etməklə həll edilməsinə qəti şəkildə qarşıdır. İnanırıq ki, Türkiyə Suriyada hərbi əməliyyatları dayandırmalı və mövcud problemlərin həlli üçün siyasi prosesə qayıtmalıdır. Biz Türkiyə tərəfindən məsuliyyət nümayiş etdirməsini və terrorizmlə mübarizədə beynəlxalq birliklə birləşməsini tələb edirik".
Diplomatın fikrincə, Suriyadakı vəziyyət beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları nəzərə alınmaqla yalnız siyasi və diplomatik üsullarla həll edilməlidir:"Türkiyənin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməlidir. Ankaranın hərəkətləri Yaxın Şərqdə terrorun daha da artmasına səbəb ola bilər”.