Rusiyalı xanımları fahişə zənn edib ölkəyə buraxmadılar
    • 15-10-2019, 22:33
    • 811

Rusiyalı xanımları fahişə zənn edib ölkəyə buraxmadılar

Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki hava limanının əməkdaşları Rusiyadan olan turistləri fahişə zənn edərək ölkəyə buraxmayıb.


News24.az xəbər verir ki, bu barədə "Mash" adlı "Telegram" səhifəsi video paylaşıb. 


Rusiyalı xanımlar videoda aeroport rəsmiləri tərəfindən saxlanılmalarını və zirzəmiyə göndərildiklərini bildiriblər. 


Qeyd edək ki, rusiyalı xanımların geriyə uçuş biletləri olsa da, gömrük əməkdaşları onları ölkə ərazisinə buraxmaqdan imtina edib.


Xanımlardan biri dәrhal tәyyarәyә mindirilәrәk ölkәsinә göndәrilsә dә, digәr ikisi bir neçә gün zirzәmidә saxlanılıb.