Azərbaycanlı iş adamı AVTOMOBİL QƏZASINDA ÖLDÜ
    • 16-10-2019, 12:24
    • 1 246

Azərbaycanlı iş adamı AVTOMOBİL QƏZASINDA ÖLDÜ

Rusiyada azərbaycanlı iş adamı ölüb.

News24.az
"İnterfax"a istinadən xəbər verir ki, Çelyaboinskdə yaşayan iş adamı, "Ruslada" şirkətinin sahibi Əlişah Süleymanov yol qəzasında vəfat edib.

Qəza ötən gün yerli vaxtla 13: 50-də Yujnouralsk-Magnitogorsk magistral yolunun 24-cü km-də baş verib.

"Toyota Land Cruiser 200" markalı avtomobilin sürücüsü idarəetməni itirərək dərəyə yuvarlanıb. Sürücü xəsarət almadı. Qəza zamanı sürücü xəsarət almasada Əlişah Süleymanov aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Çelyabinsk Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfael Quliyev bildirib ki, mərhumun yaxınları və dostları müsəlman adətlərinə görə onu xatırlamaq üçün bir araya toplaşıblar: "Bu, bizim üçün ağır itkidir. Çox təəssüf edirik. O, məscid tikməyə kömək etdi, onun dəstəyi ilə diasporamızın regional forumları mövcuddur, Azərbaycanla bağlı bir çox mədəniyyət layihələrini maliyyələşdirib. Onunetdiyi bütün köməklikləri  sadalamaq mümkün deyi" .

Onun sözlərinə görə, Süleymanovun yaxınları onu vətənində Azərbaycanda dəfn etmək istəyirlər.

Ə.Süleymanov Çelyabinskdəki ən varlı iş adamlarından biri olub. Əlişax Süleymanov 1960-cı ildə anadan olub. Bakıdakı Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunu bitirib, 1995-ci ildə Çelyabinskə gedib. Bazarda kiçik bir mağaza açaraq fərdi sahibkar kimi fəaliyyətə başlayıb. Ailəlidir, üç övladı var.

Onun şirkəti "Ruslada" şirniyyat məhsullarının əsas tədarükçüsü, 250-dən çox şirniyyat fabrikinin distribyutorudur.