Azərbaycanın tanınmış aparıcısı İNFARKT KEÇİRDİ - VİDEO
    • 17-10-2019, 12:12
    • 2 656

Azərbaycanın tanınmış aparıcısı İNFARKT KEÇİRDİ - VİDEO

"Maşın" realiti şousunda avtomobil uğrunda mübarizə davam edir.

News24.az xəbər verir ki, yuxusuz gecələrinin əsas qəhrəmanlarından biri olan müğənni Ramal İsrafilov rəqiblərindən aparıcı Suna Kasımoğluna səslənərək birlikdə əllərini çəkib oyundan çıxmasını təklif edib: "Qoy avtomobil Laləyə qismət olsun", - deyən İsrafilov Kasımoğlunu özündən çıxarıb.

"Əgər getmək istəyirsənsə, əlini götür, çıx get, mən hansı səbəbə görə əlimi çəkib, Laləyə avtomobili bağışlamalayam?", - deyən aparıcı əsəbini biruzə verib.

Daha sonra isə üçüncü finalçı aparıcı Lalə Mustafayeva söhbətə qarışaraq, Sunaya söz atıb və tərəflər arasında qalmaqal yaşanıb. Mustafayeva rəqibini ağır sözlərlə "sancıb": "Lalənin anası şou ərzində üç dəfə şok yaşadı. Laləni sevən tamaşaçılar səs göndərdiklərinə görə bütün pullarını xərclədilər. Lalə burada "mikro infarkt" keçirdi. Suna isə bunları görüb heç bir reaksiya belə vermədi. Sadəcə susdu. İndi də deyir ki, "niyə yapıyım, yapmıyıcam".

Suna isə söz altında qalmayıb: "Haqlı və ya haqsız bu yola gəlməyim, vecimə belə deyil. Çöldə görüşməyəcəyim insanlardan biri də sənsən. Səninlə danışmaq istəmirəm, nə burada, nə də çöldə".

Nəticədə Lalə söz-söhbətə belə nöqtə qoyub: "Məni haqsız çıxartmaq olar, amma sözün düzünü deyəndə Sunanın xoşuna gəlmir".

Sevda Bayramova