Təyyarədə baş verən yanğının DƏHŞƏTLİ DETALLARI
    • 17-10-2019, 12:09
    • 595

Təyyarədə baş verən yanğının DƏHŞƏTLİ DETALLARI

Bu ilin may ayında Şeremetyevo hava limanına enərkən qəzaya uğrayan və yanan SSJ-100 təyyarəsinin sərnişinlərinin ölüm səbəbi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə “Kommersant” qəzatinə  Rusiya İstintaq Komitəsinin Kriminalistika Baş İdarəsinin rəhbəri Ziqmund Loqis məlumat verib.

Z.Loqis sərnişinlərin əksəriyyətinin tüstü və yanğın səbəbindən öldüyünü bildirib: "Əksər insanlar zərbədən deyil, yanğından və yanma məhsullarından zəhərlənmədən ölüblər. İlkin məlumatlara görə, yanğın zamanı zərərli maddələr yalnız yanacaqdan deyil, həm də plastikdən hazırlanmış daxili bəzəklərin yanmasından əmələ gəlib”.

Zinqmund Loqis həmçinin qeyd edib ki, sərnişinlərin bəziləri baş verənlərə tez reaksiya verməyə imkan tapmayıb və təhlükəsizlik kəmərlərini vaxtında aça bilməyiblər.