"4000 şagirdin sinifdə qalması narahatedici məqamdır" - CEYHUN BAYRAMOV
    • 17-10-2019, 12:13
    • 853

"4000 şagirdin sinifdə qalması narahatedici məqamdır" - CEYHUN BAYRAMOV

Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır".

News24.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir.

Azərbaycanda 1 milyondan çox şagirdib təhsil aldığını deyən nazir
qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyiblər: "Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir".

Afaq Mirayiq