"Məktəblərə nəqliyyat vasitələrinin verilməsi..." NAZİR
    • 17-10-2019, 12:27
    • 697

"Məktəblərə nəqliyyat vasitələrinin verilməsi..." NAZİR

Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir".

News24.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır: "Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişilə bağlı problemlərə xüsusilə kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".

Afaq Mirayiq