Türkiyə səfirliyi: "Barış Pınarı Hərəkatı" ilə bağlı QARA KAMPANİYA APARILIR
    • 17-10-2019, 17:20
    • 583

Türkiyə səfirliyi: "Barış Pınarı Hərəkatı" ilə bağlı QARA KAMPANİYA APARILIR

"Türkiyənin, cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizinin yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə başlatdığı "Barış Pınarı Hərəkatı" əleyhinə, müxtəlif media quruluşları və separatçı təşkilat tərəfdarları tərəfindən dezinformasiya fəaliyyətləri həyata keçirilir.
Bu dezinformasiya işləri çərçivəsində bölgədəki döyüşlərdə həyatını itirən insanların ağrı və vəhşi fotolarını və şəkillərini əməliyyat zamanı alınan kimi təhrif etmək istənir".


News24.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, "Barış Pınarı Əməliyyatı"nın irəliləməsi ilə terror təşkilatlarının tərəfdarlarının sosial mediada, digər hadisələrdə və müxtəlif zamanlarda çəkilən fotoşəkillərdən, videolardan, manipulyasiyalardan və dezinformasiyalardan istifadə səyləri bölgədəki müharibələrdə qeydə alınan "kədərli və ürəkdağlayan kadrlar" ilə davam edir: "Eyni şəkildə, Amerikanın ABC TV kimi müxtəlif media qurumları əməliyyat üçün qara təbliğatla məşğuldurlar. Məsələn, Amerikanın milli xəbər kanalı ABC, "Türk ordusu Suriyanın şimalını bombalayır" yalanı ilə silah tanıtımı zamanı qeydə alınan videogörüntüləri yayıb. Yalan məlumat olduğu üzə çıxdıqdan sonra isə "təəssüfləndiyini" bildirib.

Digər tərəfdən terrorçu sosial media hesablarında müxtəlif qeyri-real fotolar paylaşılır. Məsələn, yerdə cansız uşaq bədənlərinin fotolarını yaypımlayaraq onların Rəsulaynda həyatını iitirdiklərini qeyd olunub. Araşdırmadan sonra fotonun 2016-cı ilin avqust ayında Yəməndə çəkildiyi aydın olub.

2016-cı ilin sentyabrında yayımlanan ana və uşağın meyitinin şəklini yükləyən manipulyator hesab ABŞ prezidenti Donald Trampı şəkildə qeyd edərək dezinformasiyaya cəhd edib.

Suriyadakı vətəndaş müharibəsində Əsəd rejiminin bomba ilə məhv etdiyi dağıntı altında tapılan körpənin meyitinin də məhz bu hərəkat zamanı çəkildiyi bildirilib. Daha sonra isə şəklin əməliyyat zamanı deyil, 2012-ci ilin sentyabr ayında çəkildiyi ortaya çıxıb.

Manipulyatorlar Trampı qara təbliğat işlərinin bir hissəsi kimi işarələyib və dağıntıdan çıxarılan bir Suriyalı körpənin cansız bədəninin ürəkdağlayan görüntüsünü paylaşaraq, "Sənə inanmaq bizi bu cür etdi. Təşəkkür edirik" sözləri yazılıb. Ancaq görüntülərin Suriyadakı mülki müdafiə fəaliyyətləri ilə tanınan Ağ Baretlilerin 2018-ci ilin noyabr ayında paylaşdığı müəyyən edilib.

Digər bir terror tərəfdarı hesabı, öldürülən suriyalı uşağın yaralı üzünün portretinin sosial mediada əməliyyata qarşı etiketlər yazıldığı meydanda çıxıb. Ancaq eyni fotoşəkil 2017-ci ilin noyabr ayında başqa hesabda yayımlandığı bəlli olub.