Dəhşətli terror aktının qarşısı alındı - TƏYYARƏNİ QAÇIRIB...
    • 18-10-2019, 09:49
    • 830

Dəhşətli terror aktının qarşısı alındı - TƏYYARƏNİ QAÇIRIB...

Fransada polis Parisin polis prefekturasına plamlaşdırılan böyük hücumun qarşısını alıb.

News24.az “BFM”-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib:"Bu, Fransada 2013-cü ildən bəri qarşısı alınan 60-cı hücumdur. Saxlanılan şəxs, 2001-ci il 11 sentyabr ABŞ-da baş verən terror hadisəsindən ilhamlanmış hücum barədə plan hazırlayıb".

K.Kastanerin sözlərinə görə, terror aktı planlaşdıran şəxs 3 oktyabr tarixində saxlanılıb. Nazir həmçinin tutulan şəxsin təyyarə qaçırmaq niyyətində olduğunu da bildirib.